Olimpiya andının mətni dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio-2020 Yay Olimpiya Oyunları ərəfəsində dəyişiklikləri zəruri sayıb.
Açılış mərasimində idmançılar, hakimlər və məşqçilərin andiçməsi olacaq. 2018-ci ilədək bu üç kateqoriyanın hər biri ayrı-ayrılıqda and içirdi. Pxençxan-2018-də andın mətni birləşdirilib.
Tokio-2020-dəki andiçmədə 3 deyil, 6 nəfər iştirak edəcək. İki idmançı, iki hakim və iki məşqçidən hər bir kateqoriya üzrə kişi və qadın olacaq. Bu? gender bərabərliyi üçün atılan addımdır.
Andın mətninə bərabərlik və diskriminasiya ilə mübarizə də əlavə olunub: “Biz söz veririk ki, bu Olimpiya Oyunlarında iştirak zamanı ədalətli oyun qaydalarına, bərabərliyə hörmət və riayət edəcəyik. Biz birlikdə həmrəyik və öhdəlik götürürük ki, idmanla dopinq, fırıldaq, diskriminasiya olmadan məşğul olacağıq. Biz bunu komandalarımızın şərəfi, olimpizmin fundamental prinsiplərə hörmət əlaməti olaraq edirik ki, dünya idmanın köməyi ilə daha yaxşı olsun”.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO