Tokio-2020 Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, Təşkilat Komitəsi iştirakçılardan birinin akkreditasiyasını ləğv edib.
Bu, Yaponiya paytaxtında ilk belə hadisədir. Cəzalananın adı və hansı yığmanı təmsil etdiyi açıqlanmır. Cəzaya səbəb həmin şəxsin Olimpiya kəndini əsassız və səbəbsiz tərk etməsidir. Şəhərin görməli yerlərini gəzməyə çıxan qonaq akkreditasiyasının ləğvinə görə kəndi də tərk etməli olacaq.
Qeyd edək ki, bir müddət öncə gümüş medal qazanan gürcüstanlı idmançılar Vaja Martvelaşvili və Laşa Şavdatuaşvilinin Tokiio teleqülləsinin yanında gəzdikləri barədə xəbərlər yayılıb. Bu xəbər təsdiqlənməsə də, akkreditasiyası alınanın onlardan biri olması ehtimalı böyükdür.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu