Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov iştirak ediblər.
Paraddan Paralimpiya çempionu, bayraqdar Oloxan Musayev ilə birgə 12 nəfər idmançı, nümayəndə heyətinin 7 nəfər üzvü olmaqla 19 nəfər keçib.
Komamdamız parada yaxalarında Azərbaycanın milli mədəniyyət göstəricisi, 44 günlük müharibənin simvoluna çevrilmiş xarı bülbül ilə çıxıblar.
Milli Paralimpiya komandası Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi 6 idman növündə 46 kateqoriyada rekord sayda 35 idmançı ilə təmsil edəcək. Yarışa komandamızdan ilk olaraq pauerliftinqçimiz Pərvin Məmmədov (26 avqust) qoşulacaq.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu