Sablya üzrə milli komandamızın lideri Anna Başta Dünya Kubokunda qızıl medal qazanıb!
Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növündə Dünya Kubokunun mərhələ yarışında qadınların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan millimizin üzvü Anna Başta ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca alman Julika Funkeni (15:11) mübarizədən kənarlaşdırıb.
O, ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Tokio Olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbəyə sevinib.
Sablyaçımız yarımfinala yüksəlmək üçün yapon Misaki Emuraya 15:11 hesabı ilə qalib gəlib. Yarımfinalda italyan Rossella Qreqorionu 15:13 hesabı ilə məğlub edən qılıncoynadanımız finalda fransalı Mannon Bruneti 15:10 hesabı ilə üstələyib və Dünya Kubokunun qızıl medalına yiyələnib.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb