Rekordu təkrarlandı – Klozenin
19.06.2021 - 20:28
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo dünya və Avropa çempionatlarının final mərhələlərində 19-cu qolunu vurub.
Apasport.az saytının məlumatına görə, bu, AVRO-2020-nin II turunun Almaniya ilə görüşündə baş verib.
Hazırda davam edən qarşılaşmada hesabı açan Ronaldo bu göstəricidə rekordu təkrarlayıb. O, almaniyalı Miroslav Klozeyə çatıb.
Kriştiano dünya çempionatlarında 7, ən yaxşı bombardiri olduğu Avropa çempionatlarında 12 dəfə qol sevinci yaşayıb. Kloze isə ən məhsuldar oyunçusu olduğu mundiallarda 16, qitə çempionatlarında 3 dəfə fərqlənib.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0