İngiltərə millisinin futbolçusu Harri Keyn dünya və Avropa çempionatlarının final mərhələlərində 7-ci qolunu vurub.
Apasport.az saytının məlumatına görə, forvard AVRO-2020-nin Almaniya ilə 1/8 final matçında (2:0) fərqlənib.
Keyn İngiltərə yığmasının final mərhələlərindəki ən yaxşı bombardirləri siyahısında 3-cü yerə şərik çıxıb. O, Ueyn Runiyə çatıb.
Yalnız iki futbolçu daha çox qol sevinci yaşayıb. Keyni ikinci sıradakı Alan Şirerdən cəmi iki top ayırır.
İngiltərə millisinin rekordçusu isə Harri Linikerdir. Daha çox qeyri-adi açıqlamaları ilə diqqət çəkən sabiq hücumçu 10 qol vurub.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO