Tokio-2020 Yay Olimpiya Oyunlarına bu gün yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, son gündə daha 13 dəst medal sahibini tapacaq.
Bununla da avqustun 23-də rəsmi startı verilən 17 günlük mübarizə başa çatacaq. Son gündə atletika, basketbol, boks, velosiped, həndbol, bədii gimnastika və su polosunda axırıncı medalçılar müəyyənləşəcək. Bununla Olimpiadada 339 dəst medalçının hamısı bəlli olacaq.
Yaponiyaya 44 idmançı ilə yollanan Azərbaycan millisi çıxışını yekunlaşdırdığından, bu gün təmsilçilərimizdən heç kim yarışmayacaq.
Yarışların ardından Bakı vaxtı ilə saat 15:00-da Tokio Olimpiya Stadionunda bağlanış mərasimi baş tutacaq. Bu dəfə də açılış mərasimindəki kimi tamaşaçısız, yalnız VİP qonaqların iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, növbəti Olimpiada 2024-cü ildə Parisdə keçiriləcək.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib