Şou - Şoudan
11.07.2021 - 23:57
Şou - Şoudan

AVRO-2020-nin İtaliya və İngiltərə arasında final oyunundakı ilk qol bəzi maraqlı məqamlarla diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, 2-ci dəqiqədə hesabı açan Lük Şou qitə çempionatlarında ən erkən qolun müəllifi olub.

O, 117-ci saniyədə fərqlənib. İngiltərəli 1964-cü ildə SSRİ yığmasını 5 dəqiqə 17 saniyəyə məyus edən ispaniyalı Xesus Peredanın rekordunu arxada qoyub.

Şou “Mançester Yunayted”in də tarixinə düşüb. Lük klubunun Avropa çempionatlarının finalında fərqlənən ilk oyunçusudur.

Bu, həm də müdafiəçinin özünün İngiltərə yığmasında ilk qol olub.

2020-ci ilin sentyabrından sonra ilk dəfə İtaliya millisi oyunda vurulan ilk qolu öz qapısında görüb. Bu müddətdəki 18 matçda hesabı açan tərəf italiyalılar olub.

Qeyd edək ki, İngiltərə millisi bir qitə çempionatında vurduğu qol sayını 11-ə çatdırmaqla öz rekorduna imza atıb.

0