Azərbaycan millisinin güləşçisi Mariya Stadnikin gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, milliləşən legionerimiz karyerasını başa vuracağı ilə bağlı şayiələri təkzib edib.
Olimpiya Oyunlarının dördqat mükafatçısı Dünya Güləş Birliyinin saytına açıqlama verib. 34 yaşlı güləşçi Paris-2024-də də iştirak etmək arzusunda olduğunu bildirib: “Düşünürəm ki, mənim güləşmək arzum hələ də var və mən yüksək potensialımdan yararlanmalıyam. Tokio-2020-dən qayıdandan sonra güləşməyə davam etmək barədə qərar verdim. Bütün dostlarım və doğmalarım mənə inanırlar. Oğlum istəyir ki, mən güləşlə məşğul olmağa davam edim. O, çox güclü olduğumu deyir”.
Mariya 5-ci Olimpiya medalının qazanmaq arzusunu da gizlətməyib: “Çox istərdim ki, beş olimpiya medalım olsun. Hər medal həyatımın bir səhifəsi, yolumun bir parçasıdır. Olimpiya loqosu 5 halqadan ibarətdir. 5 olimpiya medalımın olması da tarixə düşəcək”.
Qeyd edək ki, Olimpiadalarda 4 medal qazanan Stadnik Parisdə də uğura imza atsa, dünya güləş tarixində 5 mükafat əldə edən ilk idmançı olacaq.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib