Estoniyanın paytaxtı Tallində uşaq, yeniyetmə və 21 yaşlı taekvondoçular arasında Avropa birinciliyi keçiriləcək.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa Azərbaycan millisi də qatılacaq.
Avqustun 24-27-də baş tutacaq birincilikdə U-21 yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev və qızlar ibarət komandamızın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında Bəhruz Quluzadə, Səyyad Dadaşov (hər ikisi 54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (80 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Aysel Xudaverdiyeva (53 kq) medallar uğrunda mübarizə aparacaq.
Yeniyetmələrdən ibarət milimizin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimov yetirmələrindən İlyas Hətəmli (33 kq), Məhəmməd Həsənli (37 kq), Harun Salamazadə (41 kq), Vasif Səlimov (45 kq), Bahadur Dostuyev (49 kq), İslam Əhmədzadə (53 kq), Hüseyn Xudiyev (65 kq), Zəhra İsayeva (29 kq), Xuraman Cavadzadə (33 kq), Fatimə İsmayılzadə (37 kq), Şəms Əlizadə (44 kq), Nərgiz Kazımova (47 kq), Aişə Ağamirzəzadəyə (51 kq) şans verəcək.
Qeyd edək ki, bu gün səfərə yollanan komandamız avqustun 28-də Vətənə dönəcək.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu