Şimali Koreyada Tokio-2020 Yay Olimpiya Oyunlarının yayımına start verilib.
Apasport.az saytının məlumatına görə, dövlət televiziyası yarış başa çatandan iki gün sonra Olimpiadanın yayımına başlayıb.
Televiziyada qadın futbolçulardan ibarət Böyük Britaniya və Çili millilərinin görüşünün 70 dəqiqəsi göstərilib. Bu görüş təxminən üç həftə əvvəl – iyulun 21-də baş tutub.
Bu oyun Şimali Koreyada Olimpiadadan vətəndaşlara nümayiş olunan ilk görüntülərdir. İnternetə və xarici kanallara çıxışın olmadığı ölkədə idman televiziyası da var. Lakin məhdud çərçivədə fəaliyyət göstərən kanalın Olimpiadanı yayımlayıb-yayımlamadığı bəlli deyil.
Qeyd edək ki, KXDR Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyib. Şimali koreyalılar koronavirus pandemiyasını əsas gətirərək yarışa yollanmaqdan imtina edib.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu