Tokio-2020 Yay Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirən paracüdoçularımızdan bir qrupu Bakıya qayıdıb.
Apasport.az saytının məlumatına görə, onlar arasında qızıl medal qazanan Vüqar Şirinli (60 kq) və Şahanə Hacıyeva (48 kq), bürünc medalçı Namiq Abbaslı (66 kq), eləcə də 7-ci yerlə kifayətlənməli olan Bəsti Səfərova (52 kq) yer alıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyası, Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, "Neftçi İdman Klubu”nun əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.
Qeyd edək ki, paracüdoçularımız Tokio Paralimpiadasının 6 qızıl (Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq)) və 2 bürünc (Namiq Abbaslı (66 kq), İlham Zəkiyev +100 kq) medalını qazanıblar (judo.az).
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu