Tokioda fövqəladə vəziyyət elan olundu – Olimpiada öncəsi
08.07.2021 - 13:21
Tokio-2020 Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiya paytaxtında fövqəladə vəziyyət elan olunub.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı baş nazir Yesihide Suqa verib.
Buna səbəb koronavirus pandemiyasıdır. Fövqəladə vəziyyət avqustun 22-dək davam edəcək.
Bu gün Beynəlxalq Olimpiya Komitəsi, yarışın təşkilatçıları və şəhər rəhbərliyi tamaşaçıların buraxılması ilə bağlı qərar verməlidir. Yarışların tamamilə azarkeşsiz keçiriləcəyi ehtimal edilir.
Qeyd edək ki, Olimpiada iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0