İtaliya mətbuatı AVRO-2020-nin yarımfinal mərhələsində keçirilən İngiltərə - Danimarka (2:1) oyunu ilə bağlı şok iddia ortaya atıb.
Apasport.az saytı xəbər verir ki, “La Gazzetta dello Sport”da dərc edilən məqalədə matçın əlavə olunmuş dəqiqələrində Danimarkanın qapısına təyin edilən penalti qərarının qəsdən verildiyi yazılıb.
İngiltərə millisinin üzvü Rahim Sterlinqə qarşı müdaxilədən sonra göstərilən penalti ölkənin baş naziri Boris Consonla əlaqələndirilib. Həmkarlarımızın iddiasına görə, Conson Avropa Superliqası layihəsinə qarşı çıxdığı və fəaliyyətini erkən dayandırmasında böyük rol oynadığı üçün UEFA onu bu penalti ilə mükafatlandırıb.
Qeyd edək ki, AVRO-2020-nin İtaliya ilə İngiltərə arasında keçiriləcək final oyunu iyulun 11-də Londondakı “Uembli” stadionunda baş tutacaq.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO