“Balta” ləqəbli boksçu Maksim Şerbakov keçmiş məşqçisi Albert Karmazyanı döyüb.
Apasport.az “Lent.az”a istinadən məlumat verir ki, hadisə Şerbakovun Maksim Novoselovla dueldə texniki nokautla məğlub olmasından sonra baş verib.
Təşkilatçıların köməkçisi, keçmiş mentor və məşqçi ilə münaqişə paltardəyişmə otağında baş verib. Əvvəlcə onlar münasibətlərini yüksək tonda həll etməyə çalışıblar və bundan sonra davaya çevrilib.
Münaqişə nəticəsində boksçunun burnu sınıb və beyni silkələnib.
Məşqçinin sözlərinə görə, keçmiş tələbəsi özü dava salıb: “Ola bilsin ki, döyüşdən sonra aqressiv olub. O, döyüşdən sonra özünü qeyri-adekvat aparıb. Mən sırf şəxsi təhlükəsizliyim üçün hərəkət etdim”.
O, əlavə edib ki, davadan sonra boksçu ilə danışıb və münaqişə həll olunub.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib