Vüqar Həşimov Memorialı ilə bağlı xüsusi aksiya
18.12.2021 - 11:07
“Fairmont Baku” oteli Vüqar Həşimov Memorialının keçirildiyi günlərdə xüsusi aksiya reallaşdıracaq.
Yarışın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, turnir günlərində otelin binasının üzərində görkəmli şahmatçı Vüqar Həşimovun adı, şahmat fiqurları, yarışın loqosu və digər maraqlı məqamlar əks olunacaq.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı dekabrın 18-də start götürəcək. Oyunlar Fairmont Baku otelində baş tutacaq.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0