Yığmada rekord – Perişiçdən
23.06.2021 - 14:07
İvan Perişiç Xorvatiya millisində yeni rekord vurub.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı forvard böyük turnirlərin final mərhələlərində ən çox qol vuran xorvatiyalı adına yiyələnib.
İvan dünya və Avropa çempionatlarındakı qol sayını 9-a çatdırıb. Perişiç buna AVRO-2020-nin Şotlandiya qarşılaşmasında (3:1) nail olub.
O, ümumilikdə yığmada 30-cu qolunu vurub. İvan bu göstəricidə Xorvatiya tarixinin üçüncüsüdür. Yalnız Davor Şukerlə (40) Mario Mancukiç (33) daha çox fərqlənib.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0