Müxtəlif ölkələrin qaçqınlarından ibarət Olimpiya yığması Qətərdəki üçgünlük toplanışı başa vurub.
Apasport.az saytının məlumatına görə, hazırlıqlarda 11 rəsmi şəxs və 29 idmançıdan 26-sı iştirak edib.
Lakin Yay Olimpiya Oyunlarında iştirak üçün Tokioya yollanmaq ərəfəsində komanda rəhbərliyindən birinin koronavirus testi müsbət nəticə verib. Vaksinin ilk dozasını qəbul etmiş şəxs dərhal karantinə alınıb.
Bu hadisədən sonra yığmanın hələ Tokioya getməməsi, məşqlərini Qətərdə davam etdirməsi qərara alınıb. Səfəri təxirə salınan yığma ilə bağlı duruma Beynəlxalq Olimpiya Komitəsi və Qətər Olimpiya Komitəsi nəzarət edir.
Qeyd edək ki, Qətər hazırlıqlarında iştirak edə bilməyən üç idmançı birbaşa Tokioya yollanıb.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO