Tokio-2020 Yay Olimpiya Oyunlarının qılıncoynatma yarışlarında qadın sablyaçıların mübarizəsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, finalda Rusiya qılıncoynadanları Sofiya Pozdnayakova və Sofya Velikaya qarşılaşıb.
Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakovun qızı 15:11 hesablı qələbə ilə çempion tituluna yiyələnib. Velikaya isə ardıcıl 3-cü dəfə Olimpiadanın finalında uduzaraq gümüş medal alıb.
Görüşdən sonra çempion yarış ərəfəsində gördüyü yuxudan danışıb: “Qəribə yuxu görmüşdüm. 3-4 gün öncə yuxuma girdi ki, qızlarla birlikdə otağımızda oturmuşuq. Bu anda Sofya Velikaya gəlir və qutunu açaraq “mən yenə ikinci oldum” deyir. Ümumiyyətlə çox belə qarışıq yuxular görürdüm. Gah fransalı qızlarla bir arada olduğumu, gah həyat yoldaşımla görüşə belə buraxılmadığımı da gördüm”.
Qeyd edək ki, bu növdə mübarizə aparan Azərbaycan sablyaçısı Anna Başta 1/8 finalda Rusiyanın digər təmsilçisi Olqa Nikitinaya uduzub.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib