A kateqoriyalı məşqçi kursu keçirilib
10.02.2026 - 23:14
A kateqoriyalı məşqçi kursu keçirilib

AFFA-nın təşkilatçılığı ilə qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun IV mərhələsi keçirilib.

Apasport.az xəbər verir ki, məşğələlər Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunub.

Məşğələlərə təlimatçılar Faiq Əzizov, Vitali Kovalyov və Üzeyir İbrahimov rəhbərlik ediblər.