Abdullah Zubir daha 3 il "Qarabağ"da
29.06.2024 - 20:28
Abdullah Zubir daha 3 il "Qarabağ"da

"Qarabağ" Abdullah Zubirlə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb.

Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi komandada 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub.

Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

0