ABŞ millisinin üzvü “Barselona”nın radarında
14.11.2025 - 19:26
ABŞ millisinin üzvü “Barselona”nın radarında

“Yuventus” və ABŞ millisinin üzvü Veston Makkenni karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Barselona” yaxından maraqlanır.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Kataloniya təmsilçisi mövsümün sonunda “qoca sinyora” ilə müqaviləsi başa çatacaq futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Makkenninin özü də komandasını dəyişməyə müsbət yanaşır.

Qeyd edək ki, “Şalke” və “Lids” klublarında çıxış etmiş futbolçu 2020-ci ildən “Yuventus”un formasını geyinir.