“Adana Dəmirspor”un baş məşqçisi istefaya göndərilib
27.01.2025 - 20:27
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Apasport.az xəbər verir ki, uğursuz mövsüm keçirən "Adana Dəmirspor" Mustafa Dalçı ilə yollarını ayırıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir.
Xatırladaq ki, Mustafa Dalçı ötən ilin 29 noyabr tarixində "Adana Demirspor"un baş məşqçisi təyin olunmuşdu.
Qeyd edək ki, Adana təmsilçisi Super Liqada 20 turdan sonra 5 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
- Azərbaycan Kuboku: “Difai” “Sumqayıt” səfərində - YENİLƏNİR
- Abubakar: "Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin"
- "Araz-Naxçıvan" "Kəpəz"lə münasibətlərə aydınlıq gətirəcək - YENİLƏNİR
- Günün oyunları bu kanallarda
- "Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib
0
0