Addım-addım 1-ci Liqaya: “Kəpəz”dən ardıcıl 6-cı məğlubiyyət - YENİLƏNİB
13.09.2024 - 21:27
Addım-addım 1-ci Liqaya: “Kəpəz”dən ardıcıl 6-cı məğlubiyyət - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Kəpəz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Azər Bağırovun yetirmələri bu matçda da məğlub olub - 0:1. Bununla da, komandanın ardıcıl məğlubiyyət seriyası 6 oyuna çatıb. 6 turdan sonra aktivində xal olmayan Gəncə təmsilçisi 1-ci Liqaya əmin addımlarla "irəliləyir".

"Araz-Naxçıvan" isə bu qələbə ilə xal ehtiyatını 10-a çatdırıb. Komanda "Qarabağ"la 2-ci pilləni bölüşür. 

Azərbaycan Premyer Liqası

VI tur

13 sentyabr

19:30. “Araz-Naxçıvan” – “Kəpəz” 1:0
Qol:
Bernardo Diaş, 76
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mərdəkan, “Liv Bona Dea Arena”.

0