“Klubdakı vəziyyət hazırda stabildir”.
Bunu Apasport.az saytına açıqlamasında “Səbail”in yeni baş məşqçisi Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis oyunçuların Premyer Liqaya yüksəlmək üçün böyük motivasiyaya sahib olduğunu vurğulayıb:
“Komandada çıxış edən hər bir futbolçu Premyer Liqa səviyyəsindədir. Onlar “Səbail”i elitaya qaytarmaq üçün var gücü ilə çalışırlar. Klub rəhbərliyi də komandanı peşəkar şəkildə idarə edir. İnşallah, mövsümün sonunda azarkeşlərimizi sevindirəcəyik”.
Baş məşqçi müqavilə prosesinə də toxunub:
“İlk dəfə təklif gələndə komandanın qarşısına qoyulan məqsədləri və məndən nə tələb olunacağını detallı şəkildə dəyərləndirdik. Daha sonra 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atdıq”.
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT