“Laurentsiu Regekampfa “Neftçi”də sadəcə vaxt lazımdır. Zaman keçdikcə, o, komandanı daha yaxşı vəziyyətə gətirə bilər. Bu, mənim şəxsi fikrimdir. Hər halda, fasilədən sonra hər şeyi daha dəqiq görmək olar”.
Bunu apasport.az saytına "Xəzər Lənkəran"ın sabiq futbolçusu Adrian Pit deyib.
Azərbaycanda oynamış ən yaxşı legionerlərdən hesab olunan rumıniyalı həmyerlisi olan "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfla bağlı fikirlərini açıqlayıb.
"Roma"nın da şərəfini qorumuş 39 yaşlı yarımmüdafiəçi bildirib ki, Bakı klubunun çalışdırıcısının adının yerli “Universitatya Krayova”, “Styaua” və digər komandalarla hallanması normaldır: “Çünki o, bu klublarla yaxşı nəticələr qazana bilib. Yəqin ki, buna görə, ortaya belə söhbətlər çıxır. Onun “Universitatya Krayova”ya geri dönəcəyinə inanırammı? Futbolda hər şey mümkündür. Amma bu, "Neftçi" ilə müqavilədə hansı şərtlərin olmasından asılıdır. Hər halda, bunu gələcək göstərəcək”.
Qeyd edək ki, Pit 2011-2014-cü illərdə "Xəzər Lənkəran"da oynayıb və debüt ilində Azərbaycan kubokunun sahibi olub.
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib