AFFA Sumqayıt şəhərində azyaşlıları futbol inventarları ilə təmin edib.
Apasport.az xəbər verir ki, bir müddət əvvəl Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsində yaşayan azyaşlı uşaqların sosial şəbəkələrdə yayılan videomüraciətindən sonra Assosiasiya tərəfindən onların futbol oynadığı ərazidə şəraitin yaxşılaşdırılması istiqamətində addım atılıb.
Bildirilib ki, qəsəbə sakinlərinin istifadəsi üçün minifutbol qapıları quraşdırılıb, uşaqlara oyun formaları, jiletlər, futbol topları və digər zəruri idman ləvazimatları təqdim olunub.
Tədbirdə iştirak edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov azyaşlı futbolsevərlərlə görüşərək onlara uğurlar arzulayıb.
O, həmçinin vurğulayıb ki, futbolun kütləviliyinin təmin olunması və uşaqların sağlam həyat tərzinə yönləndirilməsi AFFA-nın daim diqqət mərkəzindədir və bu kimi layihələr gələcəkdə də davam etdiriləcək.
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB