AFFA baş məşqçi məsələsinə aydınlıq gətiriləcəyi günü açıqladı
03.10.2022 - 14:12
AFFA baş məşqçi məsələsinə aydınlıq gətiriləcəyi günü açıqladı

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Yığıncaq oktyabrın 4-də keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.

İclasın gündəliyində duran əsas məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirələrdir. 

1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə
3. Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi
4. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi
5. Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi
6. Digər məsələlər

0