AFFA bölgə klubunun futbolçusuna 4 oyunluq cəza verib
20.09.2024 - 16:05
AFFA bölgə klubunun futbolçusuna 4 oyunluq cəza verib

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul edilib:

19 sentyabr 2024-cü il tarixində I Liqanın II turunun “Qaradağ Lökbatan” – “Qəbələ” oyununun 51-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 88 nömrəli futbolçusu Tunar Mütəllimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 41);

19 sentyabr 2024-cü il tarixində I Liqanın II turunun “Qaradağ Lökbatan” – “Qəbələ” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 73.1);

19 sentyabr 2024-cü il tarixində I Liqanın II turunun “Difai” – “İmişli” oyununun matçöncəsi iclasında “İmişli” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 73.1);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Qusar” – “Dinamo” oyununun 12-ci dəqiqəsində “Dinamo” komandasının 12 nömrəli futbolçusu Elmin Qaçaylı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Dinamo” klubu 80 manat cərimə edilir (maddə 41);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” oyununda “Göygöl” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilir (maddə 37);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” matçının oyunöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Göygöl” klubu 80 manat cərimə edilir (maddə 73.1);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” matçında iclas otağı hazır olmadığına görə oyunöncəsi iclas gec başladığı üçün “Göygöl” klubu 80 manat cərimə edilir (maddə 73.1);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” oyununda xərəkdaşıyanlar olmadığına görə “Göygöl” klubu 80 manat cərimə edilir (maddə 74.1);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” oyununda “Göygöl” komandasının üzvlərində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Göygöl” klubu 50 manat cərimə edilir (maddə 51.8);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Şəmkir” oyununun 83-cü dəqiqəsində “Göygöl” komandasının heyətində adı matçın protokolunda olmayan 22 nömrəli futbolçu Araz Quliyev oyuna daxil olduğuna görə “Göygöl” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Göygöl” komandası 400 manat cərimə edilir (maddə 61.6);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Füzuli” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Füzuli” oyununun 78-ci dəqiqəsində “Sheki City” klubunun 55 nömrəli futbolçusu Elçin Ramazanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sheki City” klubu 50 manat cərimə edilir (maddə 36.5);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Füzuli” oyunu bitdikdən sonra “Sheki City” klubunun 13 nömrəli futbolçusu Eldəniz Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Sheki City” klubu 300 manat cərimə edilir (maddə 43.3);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Füzuli” oyununun 84-cü dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sheki City” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

16 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Füzuli” oyunu  “Füzuli” klubunun formasında qüsurlar olduğuna görə gec başladığı üçün “Füzuli” komandası 80 manat cərimə edilir (maddə 75.6);

17 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Ağdaş” – “Saatlı-Araz” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);

17 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Ağdaş” – “Saatlı-Araz” oyununun 34-cü dəqiqəsində “Ağdaş” klubunun 5 nömrəli futbolçusu Vasif Nəsirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Ağdaş” komandası 150 manat cərimə edilir (maddə 39.1);

17 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Ağdaş” – “Saatlı-Araz” oyunu bitdikdən sonra “Ağdaş” klubunun 20 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Ağdaş” komandası 50 manat cərimə edilir (maddə 36.5);

17 sentyabr 2024-cü il tarixində II Liqanın III turunun “Ağdaş” – “Saatlı-Araz” oyununda “Saatlı-Araz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Saatlı-Araz” klubu 70 manat cərimə edilir (maddə 37).

0