AFFA-dan 4 kluba texniki məğlubiyyət
04.12.2025 - 13:50
AFFA 4 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
Apasport.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
U-14 Qızlar Liqasında "Pirallahı" və "Ümid" komandalarına yetərsay oyunçu olmadığı üçün texniki məğlubiyyət verilib.
AFFA Region Liqasında isə "Ərgünəş" komandası "Real"la matçda təcili tibbi yardım maşını və ya həkim briqadası təmin etmədiyinə, "Bakı" isə "Mərcanlı" ilə matçda heyətində lisenziyası olmayan oyunçu oynatdığı üçün texniki məğlubiyyət verilib. Görüşün hesabı isə olduğu kimi saxlanılıb.
0
0