AFFA “İmişli”nin şikayətini təmin etməyib
31.10.2025 - 17:44
AFFA “İmişli”nin şikayətini təmin etməyib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “İmişli” klubunun şikayətini təmin etməyib.

Apasport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Misli Premyer Liqasının IV turunda keçirilmiş “İmişli” – “Sumqayıt” oyununda “İmişli” klubuna qarşı çıxarılan qərar qüvvədə saxlanılıb.

Qərara əsasən, qarşılaşmanın 67-ci dəqiqəsində komandanın heyətində adı oyun protokolunda qeyd olunmayan İbrahim Əliyevin meydana daxil olması səbəbindən “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 5000 manat məbləğində cərimələnib.