AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXXII turunda baş verənlər müzakirə olunub.
“Kəpəz” – “Zirə” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Gəncə klubu 1000 manat cərimələnib.
“Səbail” – “Araz-Naxçıvan” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün Bakı klubu 700 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibləri 800 manat ziyana düşüb. Qarşılaşma bitdikdən sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimələnib.
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB
- II Liqa: V tura start verilib - YENİLƏNİB
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- SOCAR ilə İtaliya Futbol Federasiyası arasında müqavilə imzalanıb
- "Qarabağ" üçün şad xəbər: SAVO QAYIDIR