
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının III turunun oyunları müzakirə edilib:
29.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “Neftçi” klubunun heyətində 5 nömrəli futbolçu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Neftçi” klubu 3000 manat cərimə edilsin (maddə 45.1);
29.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilsin (maddə 86.3);
31.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “İmişli” oyunu “İmişli” komandasının meydana gec çıxması səbəbindən gec başladığına görə “İmişli” klubu 3000 manat cərimə edilsin (maddə 77.4);
30.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Sabah-2” – “Qarabağ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
31.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununda topdaşıyan uşaqların say limiti pozulduğuna görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin (maddə 59.1);
31.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” görüşündə oyun günü planı pozulduğuna (PFL himni səslənmədiyinə) görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin (maddə 61.1).
AFFA-nın liqalarında hakimlik edən Əhmədova Aytac Yusif qızı sənədləri saxtalaşdırdığına görə 12 ay müddətinə futbolla əlaqədar bütün fəaliyyətdən məhrum edilsin (maddə 97.2).