AFFA oyuna hakim göndərmədi: MATÇIN TARİXİNİ UNUDUB
13.04.2026 - 13:42
AFFA oyuna hakim göndərmədi: MATÇIN TARİXİNİ UNUDUB

AFFA U-19 Gənclər Liqasında A qrupunun IV turunun bir oyunun keçirilməmə ehtimalı var.

Apasport.az Sport1.az-a istinadla xəbər verir ki, "Turan Tovuz" - "Zirə" matçı baş tutmaya bilər.

Buna səbəb görüşə AFFA Hakimlər Komitəsi tərəfindən hakim göndərilməməsi olub. Şəmkirdə keçirilməli olan oyuna referi gəlməyib.

Nəticədə oyun təşkil olunması sual altına düşüb. Həm "Turan Tovuz", həm də "Zirə" qurumun verəcəyi qərarı gözləyirlər.

Komitə tərəfindən komandalara belə açıqlama verilib: "Oyunun bu gün keçiriləcəyini bilmirdik".