AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
04.02.2025 - 18:56
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 13-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

 

0