Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının V turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.
“Şamaxı” – “Turan Tovuz” oyununun keçirildiyi Şamaxı şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsi səbəbindən meydan sahibləri 800 manat cərimə olunub.
“Səbail”lə ev matçında “Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klubu 1600 manat ziyana düşüb.
“Kəpəz” – “Qarabağ” oyununda hər iki komanda cəzalanıb. Qəbələ şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsinə görə “Kəpəz” 800 manat ödəyəcək. “Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə qonaqlar da eyni məbləğdə cərimələnib.
“Kəpəz”i futbolçusu Tural Rzayev də ziyana salıb. Birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılan futbolçu 2 oyun cəzalanıb, Gəncə təmsilçisi 1600 manat xərcə düşüb.