AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XVI turunda baş verənlər müzakirə olunub.
“Neftçi” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən təhqiredici ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. “Qarabağ” isə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə 800 manat cərimələnib.
“Şamaxı” ilə matçda birbaşa qırmızı vərəqə alan “Sabah”ın futbolçusu Kristian Sebalyos 2 oyun cəzalanıb, klubunu 1600 manat ziyana salıb. Meydandan qovulan “Şamaxı”nın oyunçusu Elçin Mustafayevin də cəzası eyni olub.
“Sumqayıt”la qarşılaşmada “Kəpəz”in qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə Gəncə klubu 800 manat cərimə edilib. “Sumqayıt”ın ikinci sarı vərəqə alaraq meydançadan qovulan futbolçusu Vüqar Mustafayev 1 oyun cəzalanıb, klub 200 manat xərcə düşüb.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ