
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Ağstafa şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün festival keçirilib.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.
Festivalın sonunda hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Ağstafa UGİŞM-in direktoru Elşən Yusifov təqdim ediblər.
UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbir Şəki şəhərində keçiriləcək.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”