Aleksey Şpilevski: "Neftçi”nin bütün planlarını pozduq”
22.07.2022 - 00:37
Aleksey Şpilevski: "Neftçi”nin bütün planlarını pozduq”

"Neftçi” ilə oyunda daha çox qol vura bilərdik”. 

Apasport.az saytının məlumatına görə, bunu Kipr təmsilçisi "Aris"in baş məşqçisi Aleksey Şpilevski deyib.

O, Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə ev oyunundan sonrakı mətbuat konfransında görüş barədə danışıb. Mütəxəssis 2:0 hesablı qələbəyə layiq olduqlarını qeyd edib: “Layiqli qələbə qazandıq. Azarkeşlərimizə bu dəstəyə görə təşəkkür edirəm. Qarşılaşmanın startında işlərimiz yaxşı alınmadı. Lazım olan təzyiqi göstərə bilmədik. Rəqibin qarşısını alaraq, onların bütün planlarını poza bildik. Bakıdakı cavab matçına hazırlaşacağıq. Mən bu şəhəri görmək istəyirəm. Oranın çox gözəl şəhər olmasından xəbərdaram".
 

0