AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb
13.11.2025 - 12:18
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ilin yanvar-oktyabr ayları ərzində 27 idmançının məkan məlumatı pozuntusu ilə bağlı qeydə alındığını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi" adı altında keçirilən beynəlxalq konfransın açılış mərasimində məlumat verib.
Onun sözlərinə görə, bu müddət ərzində 17 test buraxılıb, 10 idmançı isə məkan məlumatını təqdim etməmə ilə bağlı hərəkətlər edib.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
0
0