Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və icraçı direktorun müavini Rüfət Efendiyev Danimarkada Orhus Universitetinin İdman Elmləri İnstitutunda keçirilən dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər.
Apasport.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Təkmilləşmədə sərhədləri aşaq” adlı konfrans dünyanın aparıcı antidopinq ekspertləri və tədqiqatçılarını bir araya toplayıb.
İki gün ərzində iştirakçılar müasir çağırışlar və dopinqlə mübarizənin perspektivləri ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. Rəqəmsal dopinq ekosistemi, steroidlərin gənc idmançıların sağlamlığına təsiri, mübahisəli "Gücləndirilmiş Oyunlar" (Enhanced Games) təşəbbüsləri, idmançılar arasında qadağan olunmuş dərmanların istifadəsi ilə bağlı sistemli problemlər kimi mövzulara xüsusi diqqət yetirilib.
- "Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
- "Neftçi"dən qapıçı qərarı: MÜQAVİLƏ İMZALANACAQ
- "Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırıb - rəsmi
- Azərbaycan Kubokunun finalı: "Sabah" və "Zirə" 31-ci dəfə üz-üzə gələcək
- "Bakı-Xankəndi" velosiped yarışının 3-cü mərhələsi start götürdü