Albaniyanın “Biliş” klubunun yeni transferi Amil Yunanov apasport.az saytına açıqlama verib.
Azərbaycan millisinin sabiq forvardı yeni klubuna keçidindən söhbət açıb:
“Təbii ki, bu kluba keçdiyim üçün şadam. Legioner həyatı yaşamaq haqda həmişə düşünmüşəm. İndiyə qismət imiş. “Biliş”ə keçidim isə anidən baş verdi. Hətta deyərdim ki, bir günün içində oldu. Zəng gəldi və dedilər ki, “Biliş”in baş məşqçisi, rəhbərliyi səni komandada görmək istəyir. Həm klub, həm mən şərtləri bir-birimizə dedik. Razılıq əldə olundu və həmin gün biletimi aldılar. Elə bir gün içərisində Albaniyaya gəldim. Vəziyyət və transferim belə alındı”.
Yunanov, “Biliş”də məşqlərə başladığını və debütə hazırlaşdığını bildirib:
“Kollektivdə hamı məni yaxşı qarşıladı. Komanda ilə məşq etmişəm, hər şey yaxşıdır, qaydasındadır. İnanıram ki, hər şey də ürəyimcə olacaq. “Biliş”in uğurları üçün əlimdən gələni edəcəm. İlk legioner həyatımdır. Ən yaxşısını etmək üçün çalışacam”.
- Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir
- Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb