Amit Quluzadə 5 oyunluq cəzalanıb
21.05.2025 - 13:37

Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə 5 oyunluq cəzalanıb.
Apasport.az xəbər verir ki, Quluzadənin cəzalanmasına XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra hakimləri təhqir etməsi səbəb olub.
Onun hərəkətinə görə "Qaradağ Lökbatan" 400 manat cərimələnib.
0
0