Ançelotti: “Uğur üçün yaxşı məşqçi yox, yaxşı oyunçular lazımdır”
15.11.2022 - 16:41
Ançelotti: “Uğur üçün yaxşı məşqçi yox, yaxşı oyunçular lazımdır”

“Real”ın baş məşqçisi Karlo Ançelottinin çalışdırıcılıq fəlsəfəsinə bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu italiyalı mütəxəssisin özü açıqlayıb.

O, futbolçularla necə yaxşı münasibət qurmasına aydınlıq gətirib: “Mən kəndli ailəsindən, elə yerdənəm ki orada yaxşı yemək yeyirlər. Futbolçularla yaxşı münasibətim də onunla bağlıdır ki, mən onlarla nahar edirəm. Mən doğma yeməklərə və torpağa çox bağlıyam”.

Ançelotti “yaxşı oynayıb uduzmaq, yoxsa pis oynayıb udmaq” kimi daimi mübahisə mövzusuna da öz nöqtəsini qoyub: “Bu gün mən deyirəm ki, yaxşısı pis oynayıb qələbə qazanmaqdır. Nəinki yaxşı oynayıb uduzmaq. Uğur qazanmaq üçün yaxşı məşqçi yox, yaxşı oyunçular lazımdır. Pis oyunçularla qalib gələ bilməzsən”.

Qeyd edək ki, 2013-15-ci illərdə də “Real”ı çalışdıran Ançelotti 2021-ci ildən Madrid klubundadır.

0