"Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırdı
26.09.2024 - 10:42
"Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırdı

“Araz-Naxçıvan” futzal klubunda baş məşqçi dəyişikliyi baş verib.

Apasport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, klubdaxili iclas zamanı komandanın UEFA Çempionlar Liqasında çıxışı müzakirə olunub və nəticə qeyri-qənaətbəxş hesab olunub.

Buna görə də baş məşqçi Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Klubdan verilən məlumata görə, baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Predraq Rayiçə həvalə olunub.

V.Borisov Azərbaycan millisinin baş məşqçisi kimi işini davam etdirəcək.

Qeyd edək ki, Vitali Borisov və Predraq Rayiç 2023-cü ilin iyulundan Azərbaycan millisində və “Araz-Naxçıvan”da çalışırdı. Azərbaycan millisinin keçmiş üzvü baş məşqçi təyin olunduqdan sonra serb mütəxəssisi məşqçilər korpusuna dəvət edib.

0