
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” heyətlə bağlı yekun siyahını UEFA-ya göndərib.
Apasport.az xəbər verir ki, komandamızın 15 nəfərlik siyahısında 3 qapıçı yer alıb.
Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov
Oyunçular: Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Marko Prşiç, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavlyeviç, Aleksandar Yaniç, Covanni Valerio, Caique Aledes De Oliveyra, İaqo Henrique
Qeyd edək ki, Kamran Hacıyev, Kənan Manafov və İaqo Henrique “Baku Fire” klubundan icarəyə götürülüblər. Onlar Çempionlar Liqası matçlarında “Araz-Naxçıvan”a kömək edəcəklər.
Təmsilçimiz avqustun 21-də “Sparta Belfats” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL