Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Kake Aledes De Oliveyra qarşıdakı mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək.
30 yaşlı braziliyalı müdafiəçi Qazaxıstanın “Jetısu” klubunda çıxış edib.
Qeyd edək ki, braziliyalı Kadinyonu (“Jetısu”, Qazaxıstan) və serb Lazar Milosavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi