“Araz-Naxçıvan” Meza Kollini transfer etməyəcək
25.07.2024 - 16:53
“Araz-Naxçıvan” Meza Kollini transfer etməyəcək

“Araz-Naxçıvan” daha əvvəl heyətinə qatmaq istədiyi Sezar Meza Kollini transfer etməyə bilər.

Apasport.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi paraqvaylının transferinə pauza verib. 

Belə ki, Premyer Liqa klubu hücum xəttinə bir neçə oyunçu cəlb etdiyi üçün hazırda daha çox müdafiə xəttini gücləndirməyi planlaşdırır. Bu mənada, Meza Kollinin transferi hazırda gündəmdə deyil. 

Paraqvaylı yarımmüdafiəçi ötən mövsümü “Zirə”də başa vurub. 32 yaşlı yarımmüdafiəçi “Çezena”, “Alaves”, “Paviya”, “Keşlə”, “Zirə”, “Universitetya Krayova”, “Neftçi”, “Ohod” klublarında oynayıb.

0