"Araz-Naxçıvan" "Qəbələ"nin müdafiəçisi ilə müqavilə imzalayıb
29.05.2024 - 13:56
"Araz-Naxçıvan" "Qəbələ"nin müdafiəçisi ilə müqavilə imzalayıb

"Araz-Naxçıvan" klubu son mövsümü "Qəbələ"də keçirən Urfan Abbasovla müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü karyerası ərzində "Qəbələ" ilə yanaşı, "Səbail"in də formasını geyinib.

0