
Hazırlığın Bakı mərhələsini bu gün keçirilən yoxlama oyunu ilə başa vuran “Araz-Naxçıvan” əvəzedici heyətlə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda hesabı “ikincilər” açsa da, qələbəni əsas komanda qazanıb 3:1. Qolları Ülvi İsgəndərov, Vanderson və Ürfan Abbasov vurublar. Əvəzedicilərin heyətində isə Elcan Məmmədov fərqlənib.
Bununla da komanda iyunun 28-dən davam edən hazırlığın birinci mərhələsini yekunlaşdırıb. Sabah istirahət edəcək “qırmızı-ağlar” iyulun 10-da Erzuruma yola düşəcək. Qardaş ölkədə iki həftəlik hazırlıq prosesi zamanı 3 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub.
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Millimiz ABŞ-yə məğlub oldu
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- Azərbaycan Liqalarında növbəti mövsümün topları təqdim edilib
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB